Kaxa Kaladze - Hamınızdan xahiş edirəm ki, Eurovision-da iştirak edən istedadlı uşaqlara səs verəsiniz, ölkəmiz adından uğur qazanmaq üçün onların yanında olaq, onların qələbəsi ölkəmizin qələbəsidir
Kaxa Kaladze - Hamınızdan xahiş edirəm ki, Eurovision-da iştirak edən istedadlı uşaqlara səs verəsiniz, ölkəmiz adından uğur qazanmaq üçün onların yanında olaq, onların qələbəsi ölkəmizin qələbəsidir

Paytaxtın meri Kaxa Kaladze ictimaiyyəti “Eurovision”un gürcü iştirakçılarını dəstəkləməyə çağırır.

Kaxa Kaladzenin dediyinə əsasən, onların qələbəsi ölkənin qələbəsidir.

“Uşaq Avroviziyasında Gürcüstanı təmsil edən çox istedadlı uşaqlarımız Anastasiya Vasadze, Nikoloz Xarati və Oto Bazeraşvilinin dəstəyimizə ehtiyacı var. Onların qələbəsi ölkəmizin qələbəsidir, bunun üçün hamımız birləşməliyik, Vətənimiz naminə uğurlara imza atmaq üçün uşaqların yanında olmalıyıq. Hamınızdan xahiş etmək istəyirəm, tənbəl olmayın, aktiv olun, bu gün və sabah Eurovision səhifəsindən səs verin. Gürcüstana uğurlar və qələbə!”, – Kaxa Kaladze bildirib.

Gürcüstanın Uşaq Avroviziyasındakı təmsilçisi Anastasiya və “Ranina” noyabrın 26-da Palais Nikaia səhnəsində on nömrə ilə çıxış edəcəklər.

Noyabrın 24-ü saat 23:00-dan etibarən Junior Eurovision-un rəsmi saytında – Junioreurovision.tv səsvermə başlayıb.