Kaxa Kaladze - hamını dekabrın 31-də Avropa Meydanında qala-konsertə dəvət edirik, həm də Rusiya və ya ruscayla heç bir əlaqəsi olmayan olduqca gözəl Yeni il kəndimiz var
Kaxa Kaladze - hamını dekabrın 31-də Avropa Meydanında qala-konsertə dəvət edirik, həm də Rusiya və ya ruscayla heç bir əlaqəsi olmayan olduqca gözəl Yeni il kəndimiz var

 

Hamını dekabrın 31-də Avropa Meydanında qala-konsertə dəvət edirik, həm də Rusiya və ya ruscayla heç bir əlaqəsi olmayan olduqca gözəl Yeni il kəndimiz var – bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında açıqlayıb.

Kaxa Kaladze Yeni il üçün bəzədilmiş Tbilisidə müxtəlif yerlərdə çoxlu tədbirlər keçiriləcəyini bildirib.

“Mən yerli əhalini və ya Tbilisinin qonağını dekabrın 31-də, Avropa meydanında, Yeni ilin gəlişinə bir neçə dəqiqə qalmış, saat 23:30-da keçiriləcək Yeni il qala-konsertinə dəvət etmək istərdim. Hamınızı dəvət edirəm. Mən şəxsən orada olacağam və əlbəttə ki, yeni 2023-cü ili sizinlə birlikdə qarşılamaq imkanım olacaq. Belə ki, buyurun gəlin. Yeni il üçün bəzədilmiş paytaxtımız çox gözəldir. Həm də Rusiya və ya ruscayla heç bir əlaqəsi olmayan olduqca gözəl Yeni il kəndimiz var . Hər axşam çox sayda vətəndaşımız toplaşır, çox sayda körpə və gənc əylənir və olduqca xoş ab-hava var. Bəhsi keçən yerdən bu qədər insanın faydalanmasından olduqca şadam. Hər gün keçirilən bu tədbirləri təbii ki, alqışlayırıq. Qeyd etmək istərdim ki, uşaqlar üçün müxtəlif teatr tamaşaları, konsertlər, eləcə də kafe və barlar var, beləliklə Yeni il kəndinə də buyurun gəlin və əlbəttə ki, hamınızı 31-də Yeni il qala-konsertində gözləyirik”-deyə Kaxa Kaladze açıqlayıb.