Kaxa Kaladze - hakimiyyət ən qısa zamanda Avropa ailəsinin üzvü olmağımız üçün tam hazırlıq ifadə edir
Kaxa Kaladze - hakimiyyət ən qısa zamanda Avropa ailəsinin üzvü olmağımız üçün tam hazırlıq ifadə edir

 
Hakimiyyətimiz ən qısa zamanda Avropa adlı ailənin üzvü olmağımız üçün tam hazırlıq ifadə edir-bu barədə paytaxtın meri Kaxa Kaladze Avropa Komissiyasının Gürcüstanla bağlı dərc etdiyi analitik hesabatı qiymətləndirərkən bildirib.

O, Avropaya inteqrasiyanın prinsipial əhəmiyyət kəsb etdiyini və bunun üçün ölkənin bir çox faydalı dəyişikliklər həyata keçirdiyini bildirib.

“Bu qiymətləndirməyə bu gün çoxlu münasibət bildirildi və mən də təbriklərə qoşulmaq istərdim. Mühüm addımlar atılacaq. Dəfələrlə demişik ki, bizim üçün, ölkəmiz üçün, şəxsən mənim üçün Avropaya inteqrasiya prinsipial əhəmiyyət kəsb edir. 2012-ci ildən bu yana ölkəmiz, hakimiyyət bu çətin yolda çox işlər görüb. Təbii ki, bu gün hələ də çağırışlar, hələ də atılmalı olan addımlar var. Hakimiyyətimiz ən qısa zamanda Avropa adlı ailənin üzvü olmağımız üçün tam hazırlıq ifadə edir” – deyə Kaxa Kaladze açıqlayıb.

Avropa Komissiyası Gürcüstanın Avropa İttifaqına daxil olmaq üçün müraciəti ilə bağlı hesabat dərc edib.