Kaxa Kaladze - hakimiyyət dəyişikliyi yalnız və yalnız seçki yolu ilə baş verəcək
Paytaxt meri Kaxa Kaladze , ölkədə hakimiyyət dəyişikliyinin yalnız və yalnız seçki yolu ilə baş verəcəyini, çevriliş və inqilab cəhdinin isə uğursuzluğa məhkum olduğunu bildirib. Bu barədə Kaladze jurnalistlərin suallarını cavablandırarkən açıqlayıb.
O, “Milli Hərəkat”ın istəyinin ölkədə iğtişaşlar yaratmaq olduğunu və onların bu barədə açıq bəyanatlar verdiklərini bildirir.
“Milli Hərəkat”ın ölkədə iğtişaşlar salmaq və inqilab yaratmaq arzusunda olan bir qrup olduğu hər kəsə aydındır . Bu mənim uydurduğum bir şey deyil. Bu, onların birbaşa bəyanatları, televiziya naratividir, lakin heç kim ölkəyə xaos gətirməyə müvəffəq olmayıb. Biz ölkədə sülh üçün hər şeyi edəcəyik. Bu ölkədə hakimiyyət dəyişikliyi bütün normal, inkişaf etmiş ölkələrdə olduğu kimi yalnız və yalnız seçki yolu ilə baş verəcək. Kiminsə çevriliş təşkil etməsi, harasa müdaxilə etməsi kimi başqa arzular və s. hamısı iflasa məhkumdur” – deyə Kaxa Kaladze bildirib.