Kaxa Kaladze - Gürcüstanın təmiz enerji şəklində böyük resursu var və biz bu resursdan ölkəmizin rifahı naminə səmərəli istifadə olunması üçün hər şeyi edəcəyik
Kaxa Kaladze - Gürcüstanın təmiz enerji şəklində böyük resursu var və biz bu resursdan ölkəmizin rifahı naminə səmərəli istifadə olunması üçün hər şeyi edəcəyik

 

Elektrik enerjisi baxımından ölkəmizin müstəqil ölkə olmaq şansı və imkanı var-bu barədə paytaxtın meri Kaxa Kaladze jurnalistlərə açıqlayıb.

Kaxa Kaladze bu gün Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan tərəfindən imzalanmış Qara dəniz vasitəsilə elektrik enerjisinin nəql olunması üçün sualtı kabel layihəsini qiymətləndirib.

“Mən bu olduqca vacib qərarı alqışlayıram. Ölkəmizin enerji və siyasi mövqe baxımından ən vacib ölkə olduğunu hər zaman demişəm və indi də təkrarlayacağam. Gürcüstanın təmiz enerji şəklində böyük resursu var və biz bu resursdan ölkəmizin rifahı naminə düzgün və səmərəli istifadə olunması üçün hər şeyi etməliyik və edəcəyik. Ölkəmizin elektrik enerjisi baxımından müstəqil ölkə olmaq şansı və imkanı var. Yadımdadır nazir olduğum müddətdə bir çox su elektrik stansiyası layihələri həyata keçirildi, eləcə də istilik elektrik stansiyaları və təbii ki, ölkəmizin enerji azadlığı ilə nəticələnəcək yeni layihələrin həyata keçirilməsi ilə bağlı Baş nazirin qərarı alqışlanasıdır” – deyə Kaxa Kaladze açıqlayıb.

Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan Qara dəniz vasitəsilə elektrik enerjisinin nəql olunması üçün sualtı kabel layihəsi imzalayıb.