Kaxa Kaladze - Gürcüstanda müxalifət yoxdur, bu, ən böyük problemdir
“Müxalifət Ukraynanın de-oliqarxizasiya modelindən narazıdır. Bu, Avropa Komissiyasının bəyəndiyi modellərdən biridir, sizcə, bunun əsl səbəbi nədir”-deyə jurnalistlərin sualına Tbilisi meri Kaxa Kaladze cavabında bildirib ki “Əsl səbəb odur ki, Gürcüstanda müxalifət yoxdur, bu, ən böyük problemdir, hər şeydən narazıdırlar”.
Kaxa Kaladze müxalifət tərəfindən bu cür münasibətin ilk növbədə onlara ziyan vurduğunu açıqlayıb.
“Əsl səbəb Gürcüstanda müxalifətin olmamasıdır. Ən böyük problem budur, necə vəziyyət olduğunu görürsünüz, konstitusiya rejiminə keçirmək ümumiyyətlə mümkün deyil. Beynəlxalq tərəfdaşlar tərəfindən təsdiqlənmiş, təcrübəli qanun layihəsi, onların narazılığı ilə qarşılanıb, hər şeyin yanlış edildiyini hesab edirlər. Biz bu radikallığı, bu münasibəti başa düşürük, bu ilk növbədə onlara ziyan vurur. Onu da deyim ki, ölkədə müxalifət olmayanda, bu həm hakimiyyət, həm də siyasi həyat üçün pisdir” – deyə Kaxa Kaladze bildirib.