Kaxa Kaladze - “Gürcüstana dəstək aktı” ABŞ ilə güclü partnyorluğu növbəti təsdiqidir
Kaxa Kaladze - “Gürcüstana dəstək aktı” ABŞ ilə güclü partnyorluğu növbəti təsdiqidir

“Gürcüstana dəstək aktı”Amerika Birləşmiş Ştatların ölkənin suverenliyinə, ərazi bütövlüyünə, Avropa və Avratlantik strukturlarına inteqrasiyasına sarsılmaz dəstəyini vurğulayır, – bu barədə Tbilisi meri, Kaxa Kaladze munisipalitet hökumətinin bugünkü iclasında bəyan etdi.

Kaxa Kaladze qanun layihəsinin ABŞ Konqresinin Nümayəndələr Palatasında təsdiqlənməsinə əks səda verdi.

Onun sözlərinə görə, qeyd olunan fakt ölkələr arasında dostluğu və strateji partnyorluğu gücləndirəcək.

“Bildiyiniz kimi, ABŞ Konqresinin Nümayəndələr Palatası “Gürcüstana dəstək aktını” təsdiq etdi, hansı da ölkələr arasında dostluq və strateji partnyorluğu qanunvericilik səviyyəsində möhkəmləndirir. “Gürcüstana dəstək aktı”Amerika Birləşmiş Ştatların ölkənin suverenliyinə, ərazi bütövlüyünə, Avropa və Avratlantik strukturlarına inteqrasiyasına sarsılmaz dəstəyini vurğulayır.  Bu, ABŞ-ın güclü partnyrluuna və onun ölkəmiz və Gürcüstan xalqına hərtərəfli dəstəyinə daha bir sübutdur”, – Kaladze bəyan etdi.

ABŞ Konqresinin Nümayəndələr Palatası Gürcüstana dəstək aktını təsdiq etdi. Qanun layihəsini Nümayəndələr Palatasına Gürcüstanın Dostları Qrupunun həmsədrləri konqresmenlər Cerri Konnoli (demokrat) və Adam Kinzinger (respublikaçı) təqdim etdilər.