Kaxa Kaladze Gürcüstan yəhudilərini və İsrail vətəndaşlarını Hanuka bayramı münasibətilə təbrik edib
Kaxa Kaladze Gürcüstan yəhudilərini və İsrail vətəndaşlarını Hanuka bayramı münasibətilə təbrik edib

Paytaxtın meri Kaxa Kaladze Gürcüstan yəhudilərini və İsrail vətəndaşlarını Hanuka bayramı münasibətilə təbrik edib.

Bu barədə Kaladze öz “Facebook” səhifəsində yazır.

“Bu gün Hanukanın ilk şamı yandırıldı. Mən bu bayram münasibətilə təkcə gürcü yəhudilərini deyil, bütün İsrail vətəndaşlarını təbrik etmək istərdim. Hanuka yenilənmə, işığın qaranlıq üzərində qələbə çalmasının bayramıdır və sizə də eyni şeyi – qələbə və inkişaf arzulayıram. İsrailə sülh, Gürcüstana sülh” – deyə Kaxa Kaladze yazır.