Kaxa Kaladze - Gürcüstan müharibəyə başlamır, müharibəyə qoşulmur, Gürcüstanda ikinci cəbhə açılmayacaq
Gürcüstan müharibəyə başlamır, müharibəyə qoşulmur, Gürcüstanda ikinci cəbhə açılmayacaq və Gürcüstan sanksiyalara qoşulmur – bu barədə paytaxt meri Kaxa Kaladze bildirib.
O, şirkət və ya şəxsə sanksiya tətbiq edilərsə, Gürcüstanda qanuna və konstitusiyaya uyğun olaraq buna əməl olunacağını bildirib.
“Turist axınını alqışlayırıq, heç bir problem görmürəm. Əgər hansısa şirkət və ya şəxsə sanksiya tətbiq edilərsə, təbii ki, Gürcüstanda qanun və konstitusiya çərçivəsində buna müvafiq cavab veriləcək. Gürcüstanda konstitusiya var, qanun var, istənilən şəxs, istər Gürcüstan vətəndaşı olsun, istərsə də xarici ölkə vətəndaşı, qanunu pozarsa, bu həmişə müvafiq cavabla nəticələnəcək” – deyə Kaladze bildirib.