Kaxa Kaladze - Gürcüstan həmişə dost yəhudi xalqını dəstəkləyir və gələcəkdə də bunu davam etdirəcək
Paytaxtın meri Kaxa Kaladzenin sözlərinə görə, Gürcüstan həmişə yəhudi xalqını dəstəkləyib, bu gün də belədir və gələcəkdə də İsrailin tərəfdarı olaraq qalacaq.
“Bacardığımız qədər, Gürcüstanın imkanları çərçivəsində həmişə dost yəhudi xalqını dəstəkləyirik və gələcəkdə də onlara dəstək olmaq üçün hər şeyi edəcəyik. Əlavə yardıma gəlincə, hansı qərarın veriləcəyi hamıya məlum olacaq”, – Tbilisi meri bildirib.