Kaxa Kaladze - Gürcüstan Çinlə münasibətləri dərinləşdirmək üçün hər şeyi etməlidir, biz belə münasibətlərə olduqca ehtiyyatla davranırıq
Gürcüstan Çinlə münasibətləri dərinləşdirmək, daha maraqlı etmək üçün hər şeyi etməlidir – bu barədə paytaxt meri Kaxa Kaladze açıqlayıb.
Kaxa Kaladzeyə Fransanın LCI telekanalına müsahibəsində Salome Zurabişvilinin Çin Prezidenti Si Cinpinlə bağlı səsləndirdiyi bəyanatla bağlı sual ünvanlanıb.
“Bununla bağlı baş nazir də açıqlamalar verib. Təbii ki, biz belə münasibətlərə olduqca ehtiyyatla davranırıq. Gürcüstan Çinlə münasibətləri dərinləşdirmək, daha maraqlı etmək üçün hər şeyi etməlidir. Bu istiqamətdə böyük resurs və imkan var. Tərəfdaşlığın daha da dərinləşməsi üçün hər şeydən istifadə edilməlidir” – deyə Kaxa Kaladze açıqlayıb.