Kaxa Kaladze - "Gürcü Arzusu" seçkilərdə konstitusion səs çoxluğu ilə qalib gələ biləcək yeganə partiyadır, digər partiyalar seçki səddini aşmaq üçün mübarizə aparacaqlar
Paytaxt meri Kaxa Kaladze, “Gürcü Arzusu”nun konstitusion səs çoxluğu ilə seçkilərdə qalib gələcəyini bildirib.
O, digər partiyaların seçki səddini aşmaq üçün mübarizə aparacaqlarını açıqlayıb.
“Vurğulamaq istərdim ki, “Gürcü Arzusu” konstitusion səs çoxluğu ilə seçkilərdə qalib gələ biləcək yeganə siyasi partiyadır. Bütün digər partiyalara gəlincə, onlar seçki səddini aşmaq üçün mübarizə aparacaqlar”-deyə Kaxa Kaladze bildirib.