Kaxa Kaladze "Gürcü Arzusu"-nun siyasi şurasında dəyişikliklərin olacağını təsdiqləyir
Kaxa Kaladze "Gürcü Arzusu"-nun siyasi şurasında dəyişikliklərin olacağını təsdiqləyir

Paytaxt merinin məlumatına görə, “Gürcü Arzusu”-nun siyasi şurasında dəyişikliklər olacaq və bu haqda məlumat ictimaiyyətə yaxın gələcəkdə veriləcək.

“Mən partiyanın baş katibi vəzifəsində qalacam. Partiya iclası isə, may ayının əvvəlində keçiriləcək” – dedi Kaladze.

Bidzina İvanişvilinin prezidentliyə namizədliyi barədə yayılan məlumatı isə, Kaladze təsdiqləmədi.

“Bu doğru məlumat deyil. Dünənki görüşdə prezidentliyə namizədlər haqqında müzakirə aparıldı və onların arasında Bidzina İvanişvili yox idi” – dedi Kaladze.

Siyasi dəstə daxilindəki qarşıdurma ilə bağlı isə, Kaladze bəyan etdi ki, dəstədə nə krizis, nə də ciddi fikir ayrılığı yoxdur.