Kaxa Kaladze - "Qotsiridze" metrostansiyasını bərpa edən şirkət məsuliyyətsizdir, bu şirkətlə müqaviləyə xitam verilməsi üçün aidiyyatı xidmətlərə göstəriş vermək istəyirəm
Kaxa Kaladze - "Qotsiridze" metrostansiyasını bərpa edən şirkət məsuliyyətsizdir, bu şirkətlə müqaviləyə xitam verilməsi üçün aidiyyatı xidmətlərə göstəriş vermək istəyirəm

 

“Qotsiridze” metrostansiyasında bərpa işləri aparan MMC “Mamisoni” problemli, məsuliyyətsiz şirkətdir, müvafiq olaraq biz bu şirkətlə işləri davam etdirməyi zəruri hesab etmirik- bu barədə paytaxtın meri Kaxa Kaladze Tbilisi hökumətinin iclasında açıqlayıb.

Kaxa Kaladzenin qeyd etdiyi kimi, “Qotsiridze” metrostansiyasının bərpası işləri ləngiyir, çox gecikir, hərçənd aradan qaldırılmalı olan bir sıra problemlər var.

“İşlərin ləngiməsi ilə yanaşı, şirkətin lazımi sənədləri təqdim etməməsi, müvafiq ekspertizanın hələ də aparılmaması vacibdir. İstifadəyə verilməsi prosedurları davam etdirilir, aradan qaldırılmasına ehtiyac duyulan müəyyən nöqsanlar müəyyən edilib.

Uzun müddətdir işi görən adıçəkilən şirkət çox problemli, məsuliyyətsiz bir şirkətdir, müvafiq olaraq biz bu şirkətlə işləməyi davam etdirməyi zəruri hesab etmirik və hətta müəyyən edilmiş qüsurların bu şirkət tərəfindən aradan qaldırılacağına da əmin deyilik. Mən vitse-merə, eləcə də nəqliyyat şirkətinin rəhbərinə göstəriş vermək istəyirəm ki, adıçəkilən şirkətlə müqaviləyə xitam verilsin. Bu, məsuliyyətsiz şirkətdir və bizim onlarla əməkdaşlıq etmək istəyimiz yoxdur. Adıçəkilən şirkətin növbəti illərdə heç bir tender proseduruna düşməməsi üçün bütün tədbirlər görülsün. Sözügedən şirkətin nüfuzuna xələl gətirəcək bütün lazımi addımları atın. Belə şirkətlər yalnız və yalnız zərərlidir.

Bizim tərəfdən hər cür dəstək oldu, başa düşürəm ki, bəzi problemlər var idi, qüsurlar aşkarlandı, sözügedən platforma reabilitasiyaya tabe olmadı, hər şeyi nəzərə alaraq başa düşürəm ki, bu qədər müddətdir problemlər olub. Adi sənədləşməni apara bilmirsən və sənədləri təqdim etməmisən, bu çox ağırdır. Müvafiq olaraq, görülməli və düzəldilməli olan bütün işləri öz üzərinizə götürün və özümüz qaydasına salaq. Xərclənəcək vəsaiti məhkəmə yolu ilə adıçəkilən şirkətdən tələb edin. Qeyd olunan şirkət MMC “Mamison”dur. Mümkün qədər tez bir zamanda aşkar edilmiş nöqsanları aradan qaldıraq və mümkün qədər tez istifadəyə verilməsi və sərnişinlərə xidmət göstərməsi üçün hər şeyi edək”- deyə Kaxa Kaladze açıqlayıb.