Kaxa Kaladze gələn ildən metropoliten işçilərinin maaşlarının artırılacağını açıqlayıb
Kaxa Kaladze gələn ildən metropoliten işçilərinin maaşlarının artırılacağını açıqlayıb

 

Tbilisi meri Kaxa Kaladze gələn ildən metropoliten işçilərinin maaşlarının artırılacağını açıqlayıb. O, maaş artımının Tbilisi Metropoliteninin bütün işçilərinə şamil ediləcəyini bildirib.

“Gələn ildən maaşlar artırılacaq. Bütün işçilər halında bu belə olacaq. Bununla bağlı ölkənin baş naziri dəfələrlə çıxış edib, bəyanatlar verib. Bilirsiniz ki, hər il dövlət strukturlarında çalışanların maaşı 10% artırılacaq və onların arasında təbii ki, bu qərar munisipalitet işçilərinə də şamil olunur”- deyə Kaxa Kaladze bildirib.

Bundan əvvəl həmkarlar ittifaqı nümayəndələrinin təşkilatçılığı ilə aksiya keçirilib, aksiya iştirakçıları nəqliyyat şirkətindən maaşların 20 faiz artırılmasını tələb ediblər.

Aksiya iştirakçıları ölkədə yaranmış inflyasiya fonunda ərzaq və digər növ istehlak məhsullarının qiymətində artım müşahidə olunduğunu bildiriblər. Onlar indiki maaşın onların minimum ehtiyaclarını təmin edə bilmədiyini açıqlayıblar. Aksiya iştirakçıları bu gün nəqliyyat şirkəti ilə görüşün keçirilməsinin nəzərdə tutulduğunu və tərəflər arasında danışıqların nəticəsiz qalacağı təqdirdə metropoliten əməkdaşlarının nəqliyyat şirkəti ilə kollektiv hüquqi davaya başlayacaqlarını, tətil elan edəcəklərini bildiriblər.

“Biz altı aydır ki, administrasiya ilə danışıqlar aparırıq. Ölkədə inflyasiya və istehlak məhsullarının bahalaşması fonunda maaşların 20% artırılmalı olması barədə müstəqil ekspertlər və iqtisadçılarla birgə məsələnin üzərindən keçdik. Biz buna maaş artımı demirik, bu indeksasiyadır. Bunu işçilər üçün 20% artırmaq işəgötürənlərin birbaşa öhdəliyidir” – deyə “Ertoba 2013” ​​həmkarlar ittifaqının sədri Rati Kapanadze bildirib.