Kaxa Kaladze gələn il pirotexniki vasitələrlə bağlı müəyyən qərarlar verəcəklərini bildirir
Tbilisi meri Kaxa Kaladze gələn il pirotexniki vasitələrlə bağlı müəyyən qərarlar verəcəklərini bildirir.
Kaladze pirotexniki vasitələrdən istifadə nəticəsində çoxsaylı xəsarət hallarının qeydə alındığını və təhlükəsizlik baxımından müvafiq tədbirlərin görülməli olduğunu bildirib.
Kaxa Kaladze Nəzarət Xidmətinin bazarlarda pirotexniki vasitələrin satışına nəzarət edib-etməməsi ilə bağlı sualı cavablandırıb.
“Ümumiyyətlə, son günlər bu barədə çox yazılıb və gələcəkdə buna mütləq qadağa qoyulması ilə bağlı mən də razıyam, çünki xüsusilə uşaqlarda xəsarət alma faktları çox olur. Onların təhlükəsizliyindən irəli gələrək, hər şey tənzimlənməlidir və biz gələn ildən mütləq müəyyən qərarlar verəcəyik”- deyə Kaxa Kaladze açıqlayıb.