Kaxa Kaladze - qanunsuz tikililər ciddi problem idi, tənzimləmələr sərtləşdirildikdən sonra qanunvericilik dəyişiklikləri həyata keçirildi ki, bu da bizə belə tikintilərin qarşısını almağa imkan verəcək
Kaxa Kaladze - qanunsuz tikililər ciddi problem idi, tənzimləmələr sərtləşdirildikdən sonra qanunvericilik dəyişiklikləri həyata keçirildi ki, bu da bizə belə tikintilərin qarşısını almağa imkan verəcək

 

Tbilisi meri Kaxa Kaladze 2017-ci ildə paytaxt hökumətində işə başladıqları zaman üzləşdikləri ən böyük problemlərdən birinin qanunsuz tikililər olduğunu bildirib.

Kaladze qanunsuz tikililərə görə tənzimləmələri sərtləşdirdiklərini, bunun da sözügedən sahəni tənzimləyə bilmədiyini, bundan sonra isə artıq müvafiq qanunvericilik dəyişiklikləri həyata keçirdiklərini bildirib.

“Qanunsuz tikililər ciddi problemlərdən biri idi. 2017-ci ildə paytaxt hökumətinə seçilib işə başlayanda qarşılaşdığımız ən böyük problemlərdən biri qanunsuz tikililər oldu. Biz cərimələri artırdıq, qaydaları sərtləşdirdik, lakin bütün bunlar bu sahəni tənzimləyə bilmədi. Bundan sonra, parlamentlə birgə iş çərçivəsində qanunvericilik dəyişiklikləri həyata keçirildi. Cərimələndikdən sonra əgər eyni şirkət qanunsuz tikintiyi davam etdirirsə, bu, cinayət əməlidir və bu, çox vacibdir və bizə paytaxtda belə tikintilərin qarşısını almağa imkan verəcək. Bu, hətta cərimənin də vaxtında yazılması üçün vacibdir. Tbilisidə bu, çox yaxşı təşkil olunub və yaxşı işləyib, regionlara da bunun üçün imkan veriləcək” – deyə Kaxa Kaladze qeyd edib.