Kaxa Kaladze - Qaxarianın açıqlamaları ilə bağlı nə demək olar, bəlkə də onun əsas narahatçılığı 5%-lik səddi hansısa yolla aşmaq olacaq
Biz əslində bilirik ki, Qaxaria “Milli Hərəkat”la koalisiyadadır və onlarla əməkdaşlıq edir- paytaxtın meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında “Gürcüstan Naminə” partiyasının lideri Qiorqi Qaxaria haqda danışıb.
Onun qeyd etdiyi kimi, Qaxarianın son açıqlamaları spekulyasiyadır və bu, yalnız onun partiyasının 2024-cü ilin parlament seçkilərində 5%-lik seçki səddini keçməsinə xidmət edir.
“Onun neçə dəfə çıxıb nəsə deyəcəyi ilə bağlı şərh vermək nə dərəcədə düzgün olardı, bilmirəm. Ola bilsin ki, onun əsas narahatlığı hansısa yolla 5%-lik seçki səddini aşmaq olacaq. Bu sadəcə spekulyasiyadır. Əslində onun “Milli Hərəkat”la koalisiyada olduğunu, onlarla əməkdaşlıq etdiyini bilirik. Biz buna çoxlu misallar gətirə bilərik, hətta regionlarda konkret koalisiyaların yaradıldığını da göstərə bilərik.
Beləliklə, bu gün Qaxaria və “Milli Hərəkat” birdir və siz onların arasında bəlkə də fərq tapa bilməzsiniz”- deyə Kaxa Kaladze bildirib.