Kaxa Kaladze - Qadının rolu millətimiz üçün tariximiz boyu xüsusi olub
“Xoşbəxt, özünü realizə etmiş, qanun və ictimaiyyət tərəfindən arxalanan və dəstək hiss edən qadın, ölkəmizin xoşbəxt gələcəyini yaradacaq” – bu sözləri Tbilisinin meri Kaxa Kaladze qadınların siyasi rolu haqqında keçirilən konfransda dedi.
“Ölkəmizin tarixində qadın padişahlarımız olub. Bölqədə ilk qadın parlamentarlar da bizdə olub. Ölkəmiz qadınlara qarşı xüsusi tolerantlıqla həmişə seçilirdi və bu tarixi mentallığımızı daha da gücləndirməliyik” – dedi Kaxa Kaladze.
Onun dediyinə görə, iqtidar dəstəsinin ən əsas dəyəri insan və qanunun aliliyidir.
“Möhkəm demokratik institut məhz insan dəyərlərinə orientləşdirilmiş sistemi nəzərdə tutur” – dedi Kaladze.
Kaxa Kaladze onu da qeyd etdi ki, Gürcüstanda yaşayan qadınlar bugün də ailə zorakılığı və gender ayrı seçkiliyi faktları ilə üzləşirlər, ancaq iqtidar bu problemlərin həlli üçün əlindən gələni edəcək.