Kaxa Kaladze - Futbol insanları birləşdirir, bizim ölkəmiz tolerantdır və bununla fəxr edirik
Futbol insanları birləşdirir, bizim ölkəmiz tolerantdır və bununla fəxr edə bilərik, – bu barədə bəyanatı Tbilisinin meri Kaxa Kaladze “Lisi” gölündə “Tbi Lisi” festivalında verdi.
Kaladze Beliaşvili küçəsində baş verən insindent zamanı fiziki təhqir edilən Afrikalı tələbələrin, həmin insindentlə bağlı məhkəməyə şikayət daxil etdikləri haqqında məlumatı yalanladı.
“Dəqiq detalları bilmirəm, amma dostluq matçı tərəflərin barışması üçün keçirildi. Ümumiyyətlə gürcülər xarici ölkə vətəndaşlarına pis yanaşmırlar və bu dostluq matçı zamanı da bəlli oldu. Düşünürəm ki, insindent başa çatdı. Futbol insanları birləşdirir, bizim ölkə isə, tolerant bir ölkədir və bununla fəxr edə bilərik” – dedi Kaxa Kaladze.
Xatırladaq ki, aprelin 8-də, Beliaşvili küçəsindəki stadionda Afrikalı tələbələr və yerli əhali arasında insindent baş verdi, ancaq aprelin 14-də Kaxa Kaladzenin təşəbbüsü ilə insindentdə iştirak edən tərəflər arasında dostluq matçı keçirildi və insindent başa çatdı.