Kaxa Kaladze - fikrimcə iyul ayı üçün 12 tövsiyə yerinə yetirilmiş olacaq, Gürcüstan, gürcü xalqı və iqtidar namizəd statusuna layiqdir
12 tövsiyə istiqamətində işlərə başlanılıb və nəinki iş, konkret addımlar atılıb, fikrimcə bütün tövsiyələr iyunun sonu, iyul ayına kimi yerinə yetirilmiş olacaq- bu barədə paytaxtın meri Kaxa Kaladze açıqlayıb.
O, bir neçə istiqamətin qaldığını və ölkənin namizəd statusu alması üçün bu tövsiyələrin yerinə yetirilməsi istiqamətində hər şeyin edildiyini bildirib.
“Sizin postunuzu Elene Xoştaria, sonra Viola fon Kramon paylaşıb və onlar Gürcüstanın namizəd statusu alarsa, bunun iqtidarın deyil, xalqın sayəsində baş verə biləcəyini yazıblar, bunu necə qiymətləndirirsiniz? “-deyə ünvanlanmış suala Kaladze belə cavab verib: “Mən indi bu barədə ciddi şərh verməyin nə dərəcədə düzgün olacağını bilmirəm. Bu insanların nəyi təmsil etdiyini, kim olduqlarını, motivasiyalarının nə olduğunu bilirik və birbaşa demək olar ki, onların əsas məqsədi, vəzifəsi və motivasiyası ölkənin status almamasıdır və bunun üçün hər şeyi edirlər”.
O bildirib ki, Gürcüstan, gürcü xalqı və iqtidar bu statusa layiq idi və başqa ölkələrə adıçəkilən status veriləndə də buna layiq idi, çünki Gürcüstan hər şeydə öndə idi.
“Gürcüstan atılan konkret addımlarla, həyata keçirilən islahatlarla hər şeydə öndə idi, hərçənd burada da hiyləgər plan var idi, bu, siyasi qərar idi. Bütün bunlara baxmayaraq, Avropaya inteqrasiyanın mürəkkəb yolunda Gürcüstan hökuməti qeyd olunan 12 tövsiyəni yerinə yetirmək üçün hər şeyi edəcək” – deyə Kaxa Kaladze açıqlayıb.