Kaxa Kaladze - evsiz-eşiksiz statusu olan bütün ailələr mənzillərlə təmin olunacaq
Tbilisi Meriyası evsiz-eşiksiz statusu olan ailələri mənzillərlə təmin etməyi davam etdirir. Bu barədə paytaxt meri, Kaxa Kaladze munisipalitetin hökumət iclasında bəyan etdi.
“Bildiyiniz kimi, evsiz-eşiksiz statusu bu gün 400 ailənin var. Munisipalitet onları kirayəyə çıxarıb. Qey olunan problemin aradan qaldırılması və bu insanlar üçün yaşayış sahələrinin alınması üçün konkret addımların atılmasına başladıq. Proqramın işə salınmasında bu günə qədər 40 mənzil alınıb. Vədimizdir ki, növbəti illər ərzində bu mövzu tamamilə baölansın və heç bir Tbilisili evsiz munisipal yaşayış sahəsiz qalmayacaq və haməia mənzil veriləcək. Bu istiqamətlə işləri davam etdiririk və evsiz-eşiksiz statusu olan bütün ailələr mənzillərlə təmin olunacaq”, – Kaladze bəyan etdi.
Onun sözlərinə görə, qeyd olunan statusu almaq üçün vətəndaşlar rayon rəhbərliyinə müraciət etməli, orada təqdim olunsı sənədlərlə bağlı ətraflı məlumat alacaqlar.