Kaxa Kaladze - əsas odur ki, beynəlxalq ictimaiyyət, müasir dünya Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir
Kaxa Kaladze - əsas odur ki, beynəlxalq ictimaiyyət, müasir dünya Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir

Sözügedən qərar narahatedici və ağırdır  – Tbilisi meri Kaxa Kaladze jurnalistlərə bu barədə işğalçı rejimin bəyanatları ilə bağlı açıqlayıb.

Kaxa Kaladzeyə işğal olunmuş Abxaziyanın de-fakto prezidenti Aslan Bjaniyanın Rusiyanın işğal olunmuş Abxaziyada Qara dəniz sahillərində yeni daimi hərbi-dəniz bazaları məntəqəsi yaratmağı planlaşdırması və müvafiq sazişin artıq imzalanması barədə bəyanatı ilə bağlı sual verilib.

Kaxa Kaladzenin sözlərinə görə, Gürcüstanın ərazi bütövlüyünün müasir dünya tərəfindən tam dəstəklənməsi vacibdir.

“Mən bəyanatla tanış deyiləm, lakin doğrudursa, bu, son dərəcə narahatedici və ciddidir. Bilirsiniz ki, ölkəmizin ərazisinin böyük bir hissəsi Rusiya tərəfindən işğal olunub. Əsas odur ki, beynəlxalq birlik, müasir dünya ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir” – Kaxa Kaladze bildirib.