Kaxa Kaladze - ədalətli qərar qəbul edəcəklərinə və bizə Aİ üzvlüyünə namizəd statusu verəcəklərinə inanmaq istəyirəm
Kaxa Kaladze - ədalətli qərar qəbul edəcəklərinə və bizə Aİ üzvlüyünə namizəd statusu verəcəklərinə inanmaq istəyirəm

 

Tbilisi meri Kaxa Kaladze Gürcüstanın Aİ üzvlüyünə namizəd statusu alacağına və bununla bağlı ədalətli qərar veriləcəyinə ümid edir. Bu barədə paytaxt meri jurnalistlərə açıqlayıb.

O, ədalətsiz qərarla ölkə əhalisi arasında məyusluq və Avropaya qarşı skeptisizm yaranmasını istəmədiyini bildirib.

“Əgər yenə də ədalətsiz, ölkədə səhv şəkildə istifadə etməyə çalışacaqları və daha əvvəl cəhd etdikləri siyasi qərar verilərsə, bu, onların verəcəyi qərardır, hərçənd bütün bunları ölkəmizin əhalisi görəcək. Ədalətsiz qərarla ölkəmizin əhalisi arasında məyusluq və Avropaya qarşı skeptisizm yaranmasını istəmirəm”- deyə Kaxa Kaladze qeyd edib.