Kaxa Kaladze - Düşünürəm ki, paytaxta "Lağidze sularını" qaytara bilərik
Kaxa Kaladze - Düşünürəm ki, paytaxta "Lağidze sularını" qaytara bilərik

Tbilisi meri Kaxa Kaladze bəyan etdi ki, özəl şirkətlərlə danışıqlar yolu ilə, Tbilisiyə “Lağidze sularını” qaytarmağa çalışacaq.

“Düşünürəm ki, “Lağidze sularının” köhnə yerində bərpası mümkündür və bu məsələ üzərində işləyəcəyik” – dedi Kaladze.

“Lağidze sularının” Tbilisiyə qaytarılmasını Tbilisi merindən dünən baş nazir Giorgi Kvirikaşvili xahiş etdi.

Kaxa Kaladze baş nazirin xahişinə cavab verdi və yaxın gələcəkdə Tbilisidə məşhur “Lağidze sularını” bərpa edəcəyini vəd etdi.