Kaxa Kaladze - dünən keçirilən aksiyanın siyasi tərkibi var idi və təəssüfləndiricidir
Dünən keçirilən aksiyanın siyasi tərkibi var idi və bu, təəssüfləndiricidir, – Kaxa Kaladze dünən Çavçavadze prospektində baş verən hadisə barəsində bəyan etdi. Kaladzenin dediyinə görə, onun üçün aksiyanın tələbləri anlaşılmazdır və bu barədə məlumatı yoxdur.
“Fakta gəldikdə, Tbilisiyə qayıdırdım, mənə dedilər ki, gənclər qrupu aksiya keçirərək fəhlələrin hüquqlarının müdafiəsini və görüş tələb edirlər. Mən onlara razılıq verdim və müraciət yaydım ki, onlarla görüşməyə hazıram”, – Kaxa Kaladze bəyan etdi.
Onun dediyinə görə, illər ərzində əmək təhlükəsizliyi baxımından ciddi problemlər var idi və müəyyən qanunvericlilik dəyişikliklər həyata keçirildi.