Kaxa Kaladze - dostumuz Ukraynanı və qəhrəman xalqını Müstəqillik Günü münasibətilə təbrik edir, ərazi bütövlüyü və firavanlıq arzulayıram
Tbilisi meri Kaxa Kaladze Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Bu barədə Kaxa Kaladze sosial şəbəkələrdə yazır.
“Dostumuz Ukraynanı və qəhrəman xalqını Ukraynanın Müstəqillik Günü münasibətilə təbrik edirəm. Mübarizəniz qələbə, müstəqillik və sülh gətirsin. Ukraynaya ərazi bütövlüyü və firavanlıq arzulayıram”, – deyə Kaxa Kaladze yazıb.