Kaxa Kaladze - Dəstəmizin minuslarından biri odur ki, əhaliyə gərəkən məlumatı verə bilmirdik
Tbilisinin meri Kaxa Kaladzenin bəyan etdiyinə görə, “Gürcü Arzusu”-nun minuslarından biri əhali ilə yetərli qədər komunikasiyada olmaması idi.
Bu barədə bəyanatı Tbilisinin meri jurnalistlərin “Beynəlxalq şəffaflıq – Gürcüstan” təşkilatı tərəfindən hazırlanan tədqiqatla bağlı verdiyi suallarına cavab olaraq, bildirdi.
Tədqiqatda deyilir ki, “Gürcü Arzusu”-nun şəraitlərində, dövlət idarələrində ictimaiyyətlə əlaqələr xidmətlərində çalışanların maaşları artıb.
Kaladzenin dediyinə görə, o qeyd olunan tədqiqatın nəticələrini görməyib.
“Tədqiqatı görməmişəm, ancaq ümumiyyətlə deyə bilərəm ki, əhali ilə daha yaxın komunikasiyamız olmalıdır” – dedi Kaladze.
Bugün yayılan tədqiqatda deyilir ki, 2012-ci ildən 2017-ci ilə qədər, dövlət idarələrinin ictimaiyyətlə əlaqələr xidmətinin əməkdaşlarının maaşı 55 milyon 400 min laridən artıqdır.