Tbilisi meri Kaxa Kaladze Daşkənddə səfərdədir, səfər çərçivəsində Daşkənd meri Caxongir Artikxocaev ilə görüş və iki ölkənin paytaxtları arasında əməkdaşlıq memorandumunun imzalanması planlaşdırılır. Bu barədə Tbilisi meriyasının mətbuat xidməti məlumat yayır.
Onlar tərəfindən verilən məlumatda, Kaxa Kaladzenin Özbəkistan Respublikasında səfərdə olan Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəsmi nümayəndə heyətinin tərkibində olduğu deyilir.