Kaxa Kaladze – Çində 111 yeni metro vaqonunun istehsalına artıq başlanılıb, istehsal olunmuş vaqonlara baxış keçirmək imkanımız olacaq və tezliklə Tbilisiyə göndəriləcək və əhaliyə xidmət göstərəcək
Çində Tbilisi üçün 111 yeni metro vaqonunun istehsalına başlanılıb, – bu barədə Çin Xalq Respublikasında işgüzar səfərdə olan Tbilisi meri Kaxa Kaladze bildirib.
Merin qeyd etdiyi kimi, səfər çərçivəsində o, paytaxt üçün yeni metro vaqonlarının istehsalı prosesi ilə şəxsən tanış olacaq və Nankin şəhərinin meri ilə görüş keçirəcək.
“Paytaxtımız üçün metro vaqonlarının istehsal olunduğu dünyanın ən yaxşı şirkətlərindən birinə baş çəkmək imkanı əldə edəcəyik. Bu mənim üçün çox sevindirici və mühüm bir hadisədir, çünki son illər ərzində vaqonların yenilənməsi, yeni vaqonların satın alınması baş verməyibi. Bunu ilk bacaran və reallaşdıran isə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasıdır. Çox şadam ki, 111 vaqonun istehsalına artıq başlanılıb. Sabah bizim, çox yaxın zamanda paytaxta göndəriləcək və Tbilisi əhalisinə xidmət göstərəcək həmin konkret hazır vaqonlara baxış keçirmək imkanımız olacaq”, – Kaxa Kaladze qeyd edib.
Tbilisi meri iki ölkə arasında mövcud strateji tərəfdaşlığın və iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin vacibliyindən danışıb.
“Çinlə strateji tərəfdaşlığımız var. Bu münasibətlər son illər ərzində dərinləşir və təbii ki, onları daha da yaxınlaşdırmaq və əlbəttə ki, biz bu münasibətləri daha da yaxınlaşdırmaq, onları daha da maraqlı etmək üçün hər şeyi etməliyik”, – deyə Kaxa Kaladze qeyd edib.