Kaxa Kaladze - "Cartu" fondunun nə qədər vacib olduğunu hamınız bilirsiniz, uğurlu olanda təbii ki, hücumlar olur, lakin heç kim heç nə qazanmayacaq
Tbilisi meri Kaxa Kaladze bildirib ki, “Cartu” fonduna qarşı yönəlmiş mənfi kampaniyanın adresatı əslində Bidzina İvanişvilidir. Bu barədə Kaladze jurnalistlərə fondla bağlı verilmiş bəyanatları şərh edərkən açıqlayıb.
“Bu yeni deyil. Münasibətin necə olduğunu çoxdan bilirik. Bu, Bidzina İvanişviliyə qarşı yönəlmiş çirkin kampaniyadır və bu gün başlamayıb. Bu müddət ərzində çoxlu yalan və çirkin sözlər eşidirik. İctimaiyyəti bir şəkildə səhvə sürükləməyə, bu insana çamur atmağa çalışırlar. “Cartu” fondunun nə qədər vacib olduğunu. nə qədər xeyriyyə layihəsi həyata keçirdiyini hamınız bilirsiniz, ölkə miqyasında müxtəlif mühüm layihələrə milyardlarla dollar xərclənib. Uğurlu olanda və belə mühüm xeyriyyə layihələrini həyata keçirəndə, əlbəttə ki, sizə zərər vurmaq, ictimaiyyəti bir şəkildə səhvə sürükləmək üçün hücumlar olur, lakin heç kim heç nə qazanmayacaq”- Kaladze açıqlayıb.