Kaxa Kaladze - bütün məhəllələrə daha çox həyat gətirmək üçün inkişafa səs verdim
Kaxa Kaladze - bütün məhəllələrə daha çox həyat gətirmək üçün inkişafa səs verdim

 

Bütün məhəllələrə daha çox həyat gətirmək üçün inkişafa səs verdim-bu barədə Tbilisi merliyinə namizəd Kaxa Kaladze yerli özünüidarəetmə seçkilərinin ikinci turunda səs verdikdən sonra jurnalistlərə deyib bildirib.

“2017-ci ildən paytaxtda başlatdığımız yenidənqurma və inkişafı davam etdirmək üçün əlbəttə ki, Kaxa Kaladzeyi – 41 nömrəni işarələdim. Bu inkişafı heç kim və heç nə dayandıra bilməz. Bu şəhərin ən çox ehtiyyacı olduğu da budur. Biz son illər ərzində bir çox mühüm layihələr həyata keçirmişik, bütün istiqamətlərdə atdığımız konkret addımlar, islahatlar, yeniliklər var, bütün bunlar mütləq davam edəcək”, -deyə Kaladze bildirib.

Bununla yanaşı, Kaxa Kaladze paytaxt əhalisini fəal olmağa çağırıb.

“Dostlar aktivlik edin. Sizin dəstəyiniz,həmrəyliyiniz Tbilisinin inkişafının dönülməz olması və birlikdə uşaqlarımız, nəvələrimiz , bu ölkənin və şəhərin gələcəyi üçün yaxşı işlər görə bilməyimiz üçün çox vacibdir “, – deyə Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, “Gürcü Arzusu” bütün munisipalitetlərdə böyük dəstəyə malikdir və seçicilər üçün seçim etmək çox sadə olacaq.

“Qələbəyə böyük ümidlər bəsləyirəm. “Gürcü Arzusu” bütün munisipalitetlərdə böyük dəstəyə malikdir və seçim etmək çox sadədir. Qarşı tərəfdə nəyin olduğunu, nə olduğunu və bizimlə onlar arasındakı fərqin nə olduğunu çox yaxşı görürük. Beləliklə, mən seçkilərin keçirildiyi bütün bölgələrdə, şəhərlərdə, munisipalitetlərdə “Gürcü Arzusu”-nun namizədlərinə hər kəsə uğurlar arzulayıram”, – deyə Kaxa Kaladze bildirib.