Kaxa Kaladze bütün media nümayəndələrini Gürcü Jurnalistika Günü münasibətilə təbrik edib
Paytaxtın meri Kaxa Kaladze Tbilisi Munisipalitetinin hökumətinin iclasında media nümayəndələrini Gürcü Jurnalistika Günü münasibətilə təbrik edib.
Kaxa Kaladze ictimaiyyətin məlumatlandırılması prosesində jurnalistlərin roluna da diqqət çəkib.
“Bu gün Gürcü Jurnalistika Günüdür. İlk növbədə burada iştirak edən media nümayəndələrini və bu peşəyə vicdanla, peşəkarlıqla xidmət edən hər kəsi bugünkü gün münasibətilə təbrik etmək istərdim. İstərdim ki, gürcü jurnalistikası Gürcüstan əhalisinin və ölkənin maraqlarına xidmət etsin və ictimaiyyəti düzgün məlumatlandırmaq adlanan ən böyük rolu aydın şəkildə yerinə yetirsin. Sizi təbrik edir, uğurlar arzulayıram” – deyə Kaxa Kaladze qeyd edib.