Kaxa Kaladze - bu və ya digər aksiyaya hamı gedə bilər, dövlət qurumlarında işləyənləri başqa aksiyalarda görməmisiniz mi?
Kaxa Kaladze - bu və ya digər aksiyaya hamı gedə bilər, dövlət qurumlarında işləyənləri başqa aksiyalarda görməmisiniz mi?

 

Tbilisi meri Kaxa Kaladze dövlət qurumlarında işləyənlər də daxil olmaqla istənilən şəxsin qeyri-iş saatlarında siyasi və ya mülki aksiyalarda iştirak edə biləcəyini bildirib.

Kaladzenin qeyd etdiyi kimi, aprelin 30-da “Ai Uçnobi”nin təşkil etdiyi aksiyanın iştirakçıları alternativi olmayan sülhü tələb edirdilər.

“Hər bir insan bu və ya digər aksiyaya gedə bilər. Başqa aksiyalarda dövlət qurumlarında işləyənləri görməmisiniz mi? Onları əllərində bayraqla görməmisiniz mi? Dünənki aksiyada insanlar sülh tələb edirdilər. Bu gün sabit yaşamağımız ölkədə əmin-amanlığın, iqtisadi inkişafın sayəsindədir. Sülhün alternativi yoxdur. Mən vətən və vətənpərvərliyi hər şeydən önəmli görən bütün insanlara təşəkkür etmək istəyirəm” – deyə Kaxa Kaladze bildirib.