Kaxa Kaladze – Bu, xüsusi bir gündür, çünki biz şəhərimizin gününü qeyd edirik, hər kəsin “Tbilisoba” bayramı mübarək

14:28, 04.10.2026

Tbilisi meri Kaxa Kaladze ictimaiyyəti “Tbilisoba” bayramı münasibətilə təbrik edir. “Tbilisoba” şənlikləri çərçivəsində Kaxa Kaladze vitse-mer Qiorqi Tğemaladze və müavinləri — İrakli Bendeliani və Andria Basilaia ilə birlikdə yenidən qurulan Orbeliani meydanına baş çəkib, burada bayram münasibətilə təşkil olunmuş məkanı gəzib və sahibkarlarla görüşüb.

“Paytaxt əhalisinə və bütün Gürcüstana “Tbilisoba” bayramı münasibətilə təbriklərimi çatdırmaq istəyirəm. Bu, çox xüsusi bir gündür, çünki şəhərimizin gününü qeyd edirik. Bu il müxtəlif məkanlarda kifayət qədər miqyaslı tədbirlər planlaşdırılıb. Görürsünüz, nə qədər insan gəlib. Hava da bizə kömək etdi, çox xoş bir mühit var. Çoxlu sayda turist var. Hər yerdə yüksək əhval-ruhiyyənin və xoş ab-havanın olması, bu qədər insanın toplaşması məni çox sevindirir. Hamınızı təbrik edirəm! Bütün Gürcüstana uğurlar arzulamaq istəyirəm, ilk növbədə, ölkəmizdən sülh və sevinc əskik olmasın”, – deyə Tbilisi meri bildirib.

İki gündür ki, paytaxtda “Tbilisoba” ilə bağlı tədbirlər keçirilir. Axşam üçün həmçinin fəxri Tbilisi sakinləri üçün mükafatlandırma mərasimi planlaşdırılıb.

Oxşar