Kaxa Kaladze - bu gün bizim hər birimiz üçün eyni dərəcədə ağrılıdır, sülhün alternativi yoxdur
Kaxa Kaladze - bu gün bizim hər birimiz üçün eyni dərəcədə ağrılıdır, sülhün alternativi yoxdur

Tbilisi meri Kaxa Kaladze munisipalitetin iclasında bildirib ki, vətənimizi birləşdirmək üçün sülh və inkişafın alternativi yoxdur.

Onun sözlərinə görə, sülhün və abxazlarla birgə yaşamaq perspektivinin alternativi yoxdur.

“Yaxın tarixin ən çətin və faciəli tarixlərindən biri Suxuminin süqutu günüdür. Bu tarix, təbii ki, bizim hər birimiz üçün, hər bir gürcü üçün eyni dərəcədə ağrılıdır. Bu gün mülki vətəndaşlarımızın, qəhrəman döyüşçülərimizin, köçkün əhalinin, parçalanmış Gürcüstanın yarım qalmış həyatı ilə müşaiyət olundu. Mən ərazi bütövlüyü uğrunda fədakarlıq göstərənlərin xatirəsini ehtiramla yad edir və vurğulamaq istərdim ki, vətənimizin birləşməsi, hamımızın birlikdə daha gözəl gələcək qura bilməsi üçün sülh və inkişafın alternativi yoxdur .  Əminəm ki, biz bir-birimizə qayıdıb birlikdə yaşaya biləcəyik”- deyə Kaxa Kaladze bildirib.