Kaxa Kaladze - Boş söhbət əvəzinə iş görün
Kaxa Kaladze - Boş söhbət əvəzinə iş görün

“Bugün paytaxt elə gündədir ki, onu düzəltmək üçün iş hərkəsə yetər. Əgər birşey etmək  istəyirsinizsə, qapıdan qovalananda, pəncərədən girin”, – bu bəyanatı Tbilisinin meri Kaxa Kaladze Sakrebulo iclasında, müxalifətə müraciət edərkən verdi.

Sakrebulo iclasında Tbilisinin büdcə layihəsi müzakirə olunurdu.

 

Əgət Tbilisinin həyat dolu bir şəhər olmasında iştirak etmək istəyirsinizsə, boş söhbət əvəzinə iş görün. Gördüyünüz hər iş paytaxtımıza lazımdır” – dedi Kaladze.

“Əgər özünüzə siyasi ballar yığmaq üçün deyil də, həqiqətən paytaxtımız üçün çalışmaq istəyirsinizsə, mən hər birinizlə əməkdaşlıq etməyə hazıram. Düşünürəm ki, insanları partiya aidiyyatı ilə ayırmaq kimi çirkin tendensiya aradan qaldırılmalıdır” – dedi Kaladze.

Paytaxt merinin dediyinə görə, ciddi dəyişikiliklərin müvəffəqiyyətlə həyata keçirilməsi ciddi əhvali ruhiyə və ciddi yanaşmadan asılıdr.