Kaxa Kaladze - bol yağıntı ilə əlaqədar meriyanın bütün xidmətləri müvafiq işlər aparırlar, xilasetmə qrupu da səfərbər olunub
Kaxa Kaladze - bol yağıntı ilə əlaqədar meriyanın bütün xidmətləri müvafiq işlər aparırlar, xilasetmə qrupu da səfərbər olunub

 
Bol yağıntılar paytaxtın bəzi ərazilərində müəyyən problemlər yaradıb. Konkret olaraq, ən böyük problemlər Qldani rayonundadır və ağacların zərər gördüyü konkret küçələr də var. Əraziləri su basdı. Meriyanın bütün müvafiq xidmətləri müvafiq işləri həyata keçirirlər – bu barədə paytaxtın meri Kaxa Kaladze “Facebook Live”da bildirib.

Kaladze xilasetmə xidmətinin də səfərbər olunduğunu bildirib.

“Bir az sonra brifinqim olacaq və meriya nə edir, hansı işlər görülür, vəziyyət necədir -qeyd olunan problemlə bağlı ictimaiyyətə ətraflı məlumat verəcəyəm.

Həmçinin Vere vadisində yeni salınan yolda problemlər yarandığı və nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı barədə məlumatlar yayılırdı ki, bu da həqiqətə uyğun deyil. Xahişim budur ki, yalan məlumat yaymayın. Paytaxt meriyası məlumat yayıb, qaynar xətt fəaliyyət göstərir və kimin problemi varsa bizimlə əlaqə saxlaya bilər, müvafiq xidmətlər cavab verəcək. Xilasetmə xidməti səfərbər olunub, bizə kömək edirlər. Biz sizə mərhələli şəkildə məlumat verəcəyik”, – deyə Kaxa Kaladze deyib.