Kaxa Kaladze - bol yağıntı ən çox Qldanidə problem yaradıb, həmçinin Vere vadisində guya problemlər olduğuna dair məlumat yayılırdı, bu həqiqəti əks etdirmir
Vere vadisində yeni salınan yolda guya problemlər yarandığı və nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı barədə məlumatlar yayılırdı ki, bu da həqiqətə uyğun deyil-bu barədə paytaxtın meri Kaxa Kaladze “Facebook Live”da danışıb.
Kaladze bol yağıntının paytaxtın bəzi ərazilərində müəyyən problemlər yaratdığını bildirib.
“Bol yağıntılar paytaxtın bəzi rayonlarında müəyyən problemlər yaradıb. Konkret olaraq, ən böyük problemlər Qldani rayonundadır və ağacların zərər gördüyü konkret küçələr də var. Əraziləri su basdı. Meriyanın bütün müvafiq xidmətləri müvafiq işləri həyata keçirirlər. Daha sonra brifinq keçirəcəyəm və meriya nə edir, hansı işlər görülür, vəziyyət necədir -qeyd olunan problemlə bağlı ictimaiyyətə ətraflı məlumat verəcəyəm. Həmçinin Vere vadisində yeni salınan yolda guya problemlər yarandığı və nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı barədə məlumatlar yayılırdı , bu da həqiqətə uyğun deyil. Xahişim budur ki, yalan məlumat yaymayın. Paytaxt meriyası məlumat yayıb, qaynar xətt fəaliyyət göstərir və kimin problemi varsa bizimlə əlaqə saxlaya bilər, müvafiq xidmətlər cavab verəcək. Xilasetmə xidməti səfərbər olunub, bizə kömək edirlər. Biz sizə mərhələli şəkildə məlumat verəcəyik”, – deyə Kaxa Kaladze deyib.