Kaxa Kaladze - Biz heç bir Tbilisili ailəsini evsiz qoymayacağıq, bu mənim sözümdür
Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, 2022-ci ildən bütün şəhərdə sovet dövründən zədələnmiş binaların tamamilə müasir və təhlükəsiz binalarla əvəzlənməsi planlaşdırılır.
Kaladzenin sözlərinə görə, bu, Tbilisinin tarixi ərazisinə aid deyil.
“Biz 2022-ci ilə qədər bütün şəhərdə sovet dövründən zədələnmiş binaları tamamilə (bir daha vurğulayıram ki, Tbilisinin tarixi ərazisinə aid deyil) müasir və təhlükəsiz binalarla əvəz etməyi planlaşdırırıq. Söz veririk ki, heç bir Tbilisili ailəsi evsiz qalmayacaq – bu mənim vədimdir. Bunun üçün biz bələdiyyə mənzil fondu yaradırıq və Tbilisidə evi itirmiş və ya evi olmayan ailələr ondan istifadə hüququ ilə mənzillə təmin olunacaqlar”, – Kaladze bildirib.
Onun sözlərinə görə, kooperativ mənzil tikintisinin qurbanları proqramı başa çatacaq və şəhərdə yarımçıq tikililərin problemi nəhayət həll olunacaq.
“Ağıllı ictimai nəqliyyat sistemi vasitəsilə şəhərdə hər kəs bərabər, rahat və sürətli hərəkət edə biləcək. Biz 10 tranzit dəhlizi yaradırıq və sinxronizasiya bütün növ ictimai nəqliyyatın vahid sistemində həyata keçiriləcək”, – deyə bələdiyyə hökumətinin yeni tərkibini təsdiq üçün Sakrebuloya təqdim edən Kaxa Kaladze bildirib.