Kaxa Kaladze - biz gürcülər nifrət əvəzinə xeyirxahlığı bölüşmək, dözümsüzlük əvəzinə isə bir-birimizin yanında olmaq qabiliyyətinə malikik
Kaxa Kaladze - biz gürcülər nifrət əvəzinə xeyirxahlığı bölüşmək, dözümsüzlük əvəzinə isə bir-birimizin yanında olmaq qabiliyyətinə malikik

 
Paytaxt meri Kaxa Kaladzenin sözlərinə görə, indi birlik içərisində olmaq, Racada faciə zamanı həlak olanların ailələrini və yaxınlarını ruhlandırmaq lazımdır.

O bildirib ki, matəm günündə yanlış məlumat yayan insanlardan danışmağa dəyməz.

“Bu gün matəm günüdür və mən bu insanlar haqqında daha çox danışmağı və onların həqiqətən nəyə layiq olduqlarını deməyi həm özümə, həm də cəmiyyətə yaraşdırmıram. İndi birlik içərisində olmaq, bir-birimizi ruhlandırmaq, həlak olanların ailələrinin, yaxınlarının ağrısını mümkün qədər yüngülləşdirmək lazımdır. Biz hər kəsə göstərməliyik ki, belə bir dəhşətli faciə zamanı yenə də hər şeyi bir kənara qoyub bir-birimizin yanında ola bilərik. Mən dəqiq bilirəm ki, biz gürcülər nifrət əvəzinə xeyirxahlığı bölüşmək, dözümsüzlük əvəzinə isə bir-birimizin yanında olmaq qabiliyyətinə malikik. Tanrı ölkəmizi və övladlarımızı qorusun” – deyə Kaxa Kaladze açıqlayıb.