Kaxa Kaladze- sanksiyalarla bağlı açıqlamalar artıq vermişik, bizim üçün ən vacibi odur ki, bu ölkədə yaşayan insanların maraqları qorunsun
Kaxa Kaladze- sanksiyalarla bağlı açıqlamalar artıq vermişik, bizim üçün ən vacibi odur ki, bu ölkədə yaşayan insanların maraqları qorunsun

Gürcüstan hakimiyyəti Rusiyaya qarşı niyə sanksiyalar tətbiq etmədiklərinə dair artıq izahat verib-bu barədə paytaxtın meri Kaxa Kaladze danışıb.

Kaxa Kaladzenin sözlərinə görə, ən vacibi Gürcüstanda yaşayan insanların maraqlarını qorumaqdır.

“Sanksiyalarla bağlı biz artıq açıqlamalar və bəyanatlar vermişik. Biz ölkənin maraqlarından çıxış edirik. Bizim üçün ən əsas və vacib olan bu ölkədə yaşayan insanların maraqlarını qorumaqdır”- deyə Kaxa Kaladze bildirib.