Kaxa Kaladze - bir neçə partiya görüş istəyini ifadə etdi, biz hamı ilə görüşməyə hazırıq
Paytaxt meri, Kaxa Kaladze bəyan edir ki, əgər seçki sistemi ilə bağlı razılıq baş tutmadısa, seçkilər mövcud seçki sistemi ilə keçiriləcək.
Kaxa Kaladzenin jurnalistlərə bəyan etdiyinə görə, hakim komanda açıq şəkildə təsdiq etdi ki, dialoq üçün hazırdır.
“Hansı razılığın və seçki siteminin olması qərarını dialoqun baş tutmasından sonra qəbul edəcəyik. Əgər seçki sistemi ilə bağlı heç cür razılıq baş tutmadısa, seçkilər mövcud seçki sistemi ilə keçiriləcək. Bizim istəyimizdir ki, bütün siyasi partiyalar ilə görüş olsun. Bir neçə partiya görüş istəyini ifadə etdi, biz hamı ilə görüşməyə hazırıq”, – Kaxa Kaladze bəyan etdi.