Kaxa Kaladze - bir daha təkrar edəcəm, günahım üzə çıxsa, qanun qarşısında tam sərtliklə cavab verməyə hazıram
Bir neçə gün əvvəl bəyanat verdim və bir daha təkrar etmək istəyirəm, günahım üzə çıxsa, qanun qarşısında tam sərtliklə cavab verməyə şəxsən hazıram, – bu barədə paytaxt meri, Kaxa Kaladze Tbilisi hökumətinin iclasında bəyan etdi.
Kaxa Kaladzenin qeyd etdiyi kimi, Vake Parkında baş verən faciə ilə bağlı suallara istintaq cavab verməlidir.
“Həmin günü nə baş verdi, bu suallara istintaq cavab verməlidir, hansınla da bütün idarəmiz əməklıq edir. Doqquz nəfər yaxalanıb, o cümlən Meriya əməkdaşı. Heş bir haqqım yoxdur ki, istintaq prosesini dəyərləndirim. Qonun qarşısında hamı məsuliyyətli və bərabərdir. Demək istəyirəm ki, qanun heç kimə qarşı həddindən artıq loyal və həddindən artıq sərt ola bilməz.
Bir neçə gün əvvəl bəyanat verdim və bir daha təkrar etmək istəyirəm, günahım üzə çıxsa, qanun qarşısında tam sərtliklə cavab verməyə şəxsən hazıram. Bizim üçün aörılıdır ki, yaxalanalar arasında Meriya əməkdaşı da var. Ancaq həqiqəti müəyyən etmək, bir az rahatlıq gətirə biləcək yeganə şeydir. Ümid edirəm ki, həqiqət hamıya qarşı müəyyənləşdiriləcək və suallar qalmayacaq”, – Kaladze qeyd etdi.