Kaxa Kaladze - beynəlxalq müşahidəçilər işğal olunmuş Abxaziyada olmayıblar və müasir dünya bu qondarma seçkiləri tanımır
Tbilisi meri, Kaxa Kaladze bəyan edir ki, işğal olunmuş Abxaziyada keçirilən qondarma prezident seçkiləri ilə bağlı heç bir beynəlxalq müşahidəçi təşkilatı bəyanat verməyib.
Kaladzenin jurnalistlərə bəyan etdiyinə görə, müasir dünya bu qondarma seçkiləri tanımır.
“Beynəlxalq müşahidəçilər işğal olunmuş Abxaziyada olmayıblar, müasir dünya bu qondarma seçkiləri tanımır. Nə qədər istəyirləsə danışsınlar, seçkilər üzrə işləyən heç bir beynəlxalq müşahidəçi təşkilatı qondarma seçkilər barəsində bəyanat verməyib”, – Kaxa Kaladze bəyan etdi.
Rusiya tərəfindən işğal olunmuş Abxaziyada üzdəniraq prezident seçkiləri avqustun 25-də keçirildi. İşğal rejiminin yaydığı məlumata görə, “prezidentlik uğrunda doqquz namizəd mübarizə aparırdı, o cümlədən indiki prezident Raul Xacimba”. İkinci turda Raul Xacimba və Alxas Kvisiniya qarşılaşacaqlar. İşğal olunmuş Abxaziyada üzdəniraq prezident seçkilərinin ikinci turu sentyabrın 8-də keçiriləcək.