Kaxa Kaladze Baxmut yaxınlığında həlak olan gürcü döyüşçülərin ailələrinə başsağlığı verir
Paytaxt meri Kaxa Kaladze Ukraynanın Baxmut şəhəri yaxınlığında həlak olan gürcü döyüşçülərin ailələrinə başsağlığı verib.
Kaxa Kaladze hər bir gürcünün ölümünün çox ağır olduğunu bildirib.
“Həlak olanların ailələrinə, yaxınlarına və qohumlarına, bütün Gürcüstana başsağlığı verirəm. Təbii ki, harada olmasından asılı olmayaraq, hər bir gürcünün ölümü çox ağırdır. Bu, ölkəmiz üçün olduqca ağırdır. Gürcüstana, Ukraynaya və ukraynalılara sülh arzulamaq istəyirəm” – deyə Kaxa Kaladze açıqlayıb.