Kaxa Kaladze Baqebi yaşayış məntəqəsi ilə Universitet küçəsini birləşdirən avtomobil körpüsünün tikintisinin noyabrın sonunada başa çatdırılacağını bildirir
Kaxa Kaladze Baqebi yaşayış məntəqəsi ilə Universitet küçəsini birləşdirən avtomobil körpüsünün tikintisinin noyabrın sonunada başa çatdırılacağını bildirir

 
Tbilisi meri Kaxa Kaladze paytaxt sakrebulosunun sədri Qiorqi Tğemaladze və merin müavini İrakli Bendeliani ilə birlikdə Baqebi yaşayış məntəqəsi ilə Universitet küçəsini birləşdirən avtomobil körpüsünün tikinti prosesi ilə tanış olub.

Paytaxt meri layihənin payızda başa çatacağını bildirib.

“Bu, noyabrın sonuna qədər tamamlanacaq olduqca vacib layihədir. Layihə çərçivəsində 24 metrlik iki, ikizolaqlı avtomobil yolu salınacaq və Tamaraşvili küçəsindən istifadə etməli olan insanların hərəkəti üçün şərait yaradılacaq. Eyni zamanda, rabitə şəbəkələri də köçürülür. Hazırda “Georgian Water and Power” işləyir, sonra “Tbilisi Energy” işə başlayacaq. Həmçinin, Universitet küçəsinin yeraltı kommunikasiyalar da daxil olmaqla tam bərpasını planlaşdırmışıq. Tezliklə bu layihəyə başlayacağıq. Körpüyə gəlincə, onun ən hündür tağının hündürlüyü təxminən 40 metrdir. Sovet dövründən bəri belə miqyasda işlər görülməyib”- deyə Kaxa Kaladze açıqlayıb.

Şəhər infrastrukturunun inkişafı xidmətinin rəhbəri Qiorqi Abutidze və Vake rayonunun icra başçısı Davit Kvinikadze də ərazidə olublar.

Bundan əlavə, Tbilisi meriyasının məlumatında Universitet küçəsi tərəfdən dayaq divarlarının bir hissəsinin qurulduğu, qalan divarların düzülməsi işlərinin davam etdirildiyi deyilir.

“Baqebi yaşayış məntəqəsi tərəfdə yol keçidinin tikintisi başa çatıb, deformasiya tikişləri düzülür. Bundan əlavə, körpünün tağları qurulur, yeraltı kommunikasiya şəbəkələrinin köçürülməsi işləri aparılır.

Layihə çərçivəsində Universitet küçəsində yerləşən kitabxananın ventilyasiya şaxtası və qazanxanası da qurulur. Yol işlərinə gəlincə, hazırda torpaq qazma işləri aparılır”- deyə Tbilisi meriyasının məlumatında deyilir.