Kaxa Kaladze - azadlığa, ləyaqətə, insan hüquqlarının qorunmasına, humanizmə dəyər verən hər kəsi faşizm üzərində qələbə günü münasibətilə təbrik edirəm
Azadlığa, ləyaqətə, insan hüquqlarının qorunmasına, humanizmə dəyər verən hər kəsi faşizm üzərində qələbə günü münasibətilə təbrik edirəm-bu barədə Tbilisi meri Kaxa Kaladze sosial şəbəkədə yazır.
Kaladze İkinci Dünya Müharibəsi veteranlarını bugünkü gün münasibətilə təbrik edib və həlak olanların xatirəsini ehtiramla yad edib.
“Bu gün münasibətilə qəhrəman veteranlarımızı, bu əziz insanları xüsusilə təbrik etmək istəyirəm. Onların fədakarlığı və mübarizəsi bizə sülh gətirdi və bəşəriyyətin ən böyük bəlasına – faşizmə son qoydu.
Veteranlarımıza cansağlığı və cəsarət arzulayıram!
Buradaca, İkinci Dünya Müharibəsində həlak olanların, bəziləri bu günə qədər naməlum əsgər olaraq qalanların xatirəsi önündə baş əyirəm. Onların tapıntılarını qorumaq və qayğısına qalmaq bizim borcumuzdur.
Bu gün həm də Avropa Günüdür. Gürcüstan Avropa ailəsində bərabərhüquqlu, demokratik, dinc yanaşı yaşamanın əsasını təşkil edən dəyərləri bölüşür” -deyə Kaladze yazır.