Kaxa Kaladze - Avropa İttifaqının yenidən siyasi qərar verəcəyini və bizə namizəd statusu verməyəcəklərini istisna etmirəm
Kaxa Kaladze - Avropa İttifaqının yenidən siyasi qərar verəcəyini və bizə namizəd statusu verməyəcəklərini istisna etmirəm

 

Hansı qərarın veriləcəyi bizdən asılı deyil, indiki reallıqdan irəli gələrək
yenidən siyasi qərar verəcəklərini və bizə namizəd statusu verməyəcəklərini də istisna etmirəm – bu barədə paytaxt meri Kaxa Kaladze bildirib.

Kaxa Kaladzenin qeyd etdiyi kimi, Avropa İttifaqının tövsiyələrinin yerinə yetirilməsi baxımından hər şey edilir.

“Bu on iki bəndin hamısı yerinə yetiriləcək. Bu 12 bəndin istiqamətlərindən biri də qütbləşmədir. Aydındır ki, bu birtərəfli ola bilməz, mümkün deyil. Bu haqda çox danışmışıq. Lakin, verilən digər tövsiyələrə diqqətlə əməl olunacaq. Hansı qərarın veriləcəyi bizdən asılı deyil, indiki reallıqdan irəli gələrək yenidən siyasi qərar verəcəklərini və bizə namizəd statusu verməyəcəklərini də istisna etmirəm. O vaxt qəbul edilmiş qərardan irəli gələrək, nümunə olaraq Ukrayna və Moldovaya veriləndə, Gürcüstana niyə verilməməsi ilə bağlı heç bir izahat verilmirdi. Real olaraq, bütün aspektlərdə və bütün istiqamətlərdə Gürcüstan irəlidə idi. İstəmirəm ki, kimsə Ukraynanı, Moldovanı dəstəkləmədiyimi düşünsün, əksinə, bu statusa görə onları təbrik edirəm. Gürcüstan sadəcə olaraq seçildi, bu, siyasi qərar idi və biz o tövsiyələri mütləq həyata keçirəcəyik, lakin hər şey onlardan asılıdır.

Qütbləşmənin azalması birtərəfli ola bilməz. Bizim tərəfimizdən oturaraq həyata keçirilməli olan bu konkret bəndləri birlikdə müzakirə etməklə bağlı çoxlu bəyanatlar verilməsinə rəğmən, onların cavablarının nə olduğunu, münasibətinin necə olduğunu xatırlayırıq, bu səbəbdən bilmirəm. Hesab edirəm ki, ilk növbədə konkret şəxslərə münasibətdə dostlarımızdan, əcnəbi dostlarımızdan eşitdiyimiz cəfəng bəyanatlar hissəsində qütbləşməyə son qoyulmalıdır, bu bəyanatlar təbii ki, bu münasibətlərə xələl gətirir və qütbləşməyə töhfə verir” -deyə Kaladze açıqlayıb.