Kaxa Kaladze - Aprelin 1-dək A kateqoriyalı taksilərin aktivləşdirilməmiş icazələri ləğv ediləcək və onları bərpa etmək mümkün olmayacaq
Aprelin 1-dək A kateqoriyalı taksilərin aktivləşdirilməmiş icazələri ləğv ediləcək və onları bərpa etmək mümkün olmayacaq- bu haqda Tbilisi meri Kaxa Kaladze munisipalitet hökumətinin bugünkü iclasında açıqlayıb.
Onun izahatına görə, sürücülərə ötən ilin aprelin 1-dən A kateqoriyalı taksi icazələri verilib və onların aktivləşdirilməsi üçün bir il müddətləri olub.
“Nəzərə alın ki, aprelin 1-dək aktivləşdirilməmiş icazələr ləğv ediləcək və onları bərpa etmək mümkün olmayacaq. Bu barədə ətraflı məlumatı həm taxi.tbilisi.gov.ge saytından, həm də Tbilisi Meriyasının qaynar xəttindən əldə etmək olar”- deyə Kaxa Kaladze açıqlayıb.